Telefonunuzdakı Gmail proqramına daxil olun
Sağ yuxarı küncdəki profil işərəsinə basın.
Açılan pəncərədən "Add another account" (Başqa hesab əlavə edin) bölməsinə basın.
Ən aşağıdakı "Other (IMAP)" (Digər) seçimini seçin
1 - Mail hissəsinə sizə verilmiş "Mail" adını daxil edin
2 - Sağ yuxarıda yerləşən "Next" (Növbəti) düyməsinə basın
Bu hissədə gələn maillər üçün serverin məlumatlarını daxil edirik.
1 - Username hissəsinə sizə verilmiş "Mail" adını daxil edin
2 - Password hissəsinə sizə verilmiş "Şifrə"ni daxil edin
3 - IMAP Server hissəsinə sizə verilmiş "Server" adını daxil edin
4 - Port hissəsinə sizə verilmiş "Incoming port" adresini daxil edin
5 - Təhlükəsizlik metodunu ("Security type") "SSL/TLS" seçin
6 - Sağ yuxarıda yerləşən "Next" (Növbəti) düyməsinə basın
Gələn maillər üçün serverin quraşdırılmasını gözləyin. Quraşdırılma bitəndə 8-ci addıma keçin
Bu hissədə GEDƏN maillər üçün serverin məlumatlarını daxil edirik.
1 - Username hissəsinə sizə verilmiş "Mail" adını daxil edin
2 - Password hissəsinə sizə verilmiş "Şifrə"ni daxil edin
3 - SMTP Server hissəsinə sizə verilmiş "Server" adını daxil edin
4 - Port hissəsinə sizə verilmiş "Outgoing port" adresini daxil edin
5 - Təhlükəsizlik metodunu ("Security type") "SSL/TLS" seçin
6 - Sağ yuxarıda yerləşən "Next" (Növbəti) düyməsinə basın
GEDƏN maillər üçün serverin quraşdırılmasını gözləyin. Quraşdırılma bitəndə 10-cu addıma keçin
1 - !!! DİQQƏT !!! Bu hissəyə qeyd etdiyiniz ad isə sizdən mail alan və ya sizə mail göndərən insanların gördüyü addır. Digər insanların sizi hansı adda görməsini istəyirsizsə, onu qeyd edin.
2 - Sağ yuxarıda yerləşən "Next" (Növbəti) düyməsinə basın
Hesabınız hazırdır. Həmişə aşağıdakı hissədən hansı hesabla mail göndərdiyinə diqqət edin.
Yuxarıda yerləşən mail aktiv olan maili bildirir.
Nümunədəki şəkildə m@9mahoa.com aktiv olan maildir.