⬅ Geri


Əgər Windowsdakı Mail proqramında aktiv mailiniz varsa, 1-ci addımdan başlayın. Yox əgər Mail proqramına ilk dəfə giriş edirsizsə, 4-cü addımdan başlayın.



1-ci addım

Mail proqramını açın


2-ci addım

Sol yuxarıdakı hamburger menyuya (3 xəttə) basın.


3-cü addım

Açılan menyuda "Acconts" (Hesablar) hissəsinə basın. Bu düyməni sıxanda sağ tərəfdə menyu açılır.


4-cü addım

Sağda açılmış menyuda "Add account" (Hesab əlavə et) düyməsinə basın.


5-ci addım

Açılan pəncərədə "Other accont" bölməsini seçin.


6-cı addım

1 - Email adress hissəsinə sizə verilmiş "Mail" adını daxil edin

2 - !!! DİQQƏT !!! Bu hissəyə qeyd etdiyiniz ad isə sizdən mail alan və ya sizə mail göndərən insanların gördüyü addır. Digər insanların sizi hansı adda görməsini istəyirsizsə, onu qeyd edin.

3 - Password hissəsinə sizə verilmiş "Şifrə"ni daxil edin

4 - Göz şəklində olan düymə ilə şifrənizin düzlüyünü və səhvliyini yoxlaya bilərsiz.

5 - "Sign in" (Daxil ol) düyməsinə basın.


7-ci addım

Artıq mail hazırdır. Aşağıdakı "Done" düyməsini sıxaraq quraşdırmanı tamamlaya bilərsiz.